EN

Putin: "Ukraynada atəşkəs təklifi ilə razıyıq, amma..."

"Rusiya Ukraynada döyüş əməliyyatlarının dayandırılması təklifi ilə razıdır, lakin o uzunmüddətli sülhə gətirməli və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır".

Oxu.Az RBK-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

V.Putinin sözlərinə görə, atəşkəs təklifinin nüansları var: "Bəzi yerlərdə Ukrayna Silahlı Qüvvələri üçün istənilməyən hal alan vəziyyət nəzərə alınmalıdır".

Kremlin başçısı Kursk vilayətindəki vəziyyəti xatırladıb: "Orada vəziyyət bizim tam nəzarətimiz altındadır. Ərazimizə soxulan qruplaşma təcrid vəziyyətindədir".

Mənbə: oxu.az

Chosen
6
18
oxu.az

10Sources