EN

Yevlaxdakı cinayətə görə daha bir nəfər SAXLANILDI

Yevlaxda baş verən ölüm hadisəsi ilə bağlı daha bir nəfər saxlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Yevlax rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 2005-ci il təvəllüd Mustafazadə Məhəmməd saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, Yevlax rayon mərkəzində gənclər arasında mübahisə faciə ilə nəticələnib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ayxan Quliyev və həmyaşıdı 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaqlanıb.

Hadisə zamanı 17 yaşlı A.Quliyev ürək nahiyəsindən bıçaqladığı üçün hadisə yerində dünyasını dəyişib.Hadisəni törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdlü Mustafalı Həsən polis əməkdaşları tərəfindən saxlanılıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Chosen
1
1
bizim.media

9Sources