EN

Rus mühəndisləri sürücüsüz traktor yaradıblar...

...Rus mühəndisləri Don Dövlət Texniki Universitetinin divarları daxilində hazırlanmış "Dontech" adlı ilk pilotsuz traktorunu təqdim ediblər.

SİA-nın məlumatına görə, universitetdən bildirilib ki, elektrik enerjisindən enerji mənbəyi kimi istifadə əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Rostselmaş Qabaqcıl Maşınqayırma İnstitutunun direktoru Vladislav Piqenko bildirdi ki, maşının dartma qüvvəsi 12 kN-a çatır, yükgötürmə qabiliyyəti isə 3200 kq-dır.

Bu traktor suvarma, toxumçuluq və becərmə daxil olmaqla müxtəlif kənd təsərrüfatı tətbiqləri üçün uyğun olan çoxfunksiyalı platforma kimi hazırlanıb.

Rusların yazdığına görə, 2035-ci ilə qədər 150-yə yaxın belə avtonom platformanın istehsal ediləcəyi planlaşdırılır.

Əli Babayev

Chosen
32
sia.az

1Sources