...Rus mühəndisləri Don Dövlət Texniki Universitetinin divarları daxilində hazırlanmış "Dontech" adlı ilk pilotsuz traktorunu təqdim ediblər.
SİA-nın məlumatına görə, universitetdən bildirilib ki, elektrik enerjisindən enerji mənbəyi kimi istifadə əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldır.Rostselmaş Qabaqcıl Maşınqayırma İnstitutunun direktoru Vladislav Piqenko bildirdi ki, maşının dartma qüvvəsi 12 kN-a çatır, yükgötürmə qabiliyyəti isə 3200 kq-dır.
Bu traktor suvarma, toxumçuluq və becərmə daxil olmaqla müxtəlif kənd təsərrüfatı tətbiqləri üçün uyğun olan çoxfunksiyalı platforma kimi hazırlanıb.
Rusların yazdığına görə, 2035-ci ilə qədər 150-yə yaxın belə avtonom platformanın istehsal ediləcəyi planlaşdırılır.
Əli Babayev