EN

“Agro Plant” şirkətinin Türkiyədən idxal etdiyi tinglər məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən əkin-səpin materiallarına nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin Türkiyədən idxal etdiyi 38000 ədəd nektarin tingi (fantasia sortu) partiyasından nümunələr götürülüb. Müayinə nəticəsində nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm − Şarka virusu aşkarlanıb. 

Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.

Qeyd edək ki, Şarka virusu meyvə ağaclarında, xüsusilə nektarin, şaftalı, gavalı və albalıda ciddi xəstəliklərə səbəb olur. Virus bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.

AgroPlant
Chosen
12
marja.az

1Sources