EN

Türkiyəli boksçudan azərbaycanlı rəqibinə böyük jest – VİDEO

Qadınlar arasında keçirilən boks üzrə dünya çempionatında maraqlı hadisə yaşanıb.

KONKRET.az Publika.az-a istinadən xəbər verir ki, +81 kq çəki dərəcəsində çıxış edən boksçumuz Aynur Rzayeva 1/4 final mərhələsində Türkiyə təmsilçisi Elif Günerə məğlub olub. 37 yaşlı boksçu görüşün referisi tərəfindən qalib elan edildikdən sonra jest edib.

Elif Aynurun formasının üzərindəki Azərbaycan bayrağını öpüb və idmançımızın əlini havaya qaldıraraq ona dəstək olub.

Qeyd edək ki, Güner bu qələbə sayəsində dünya çempionatının bürünc medalını təmin edib.

Chosen
12
5
konkret.az

6Sources