2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb.

İndex.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.

“2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub”, – deyə o qeyd edib.