21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov təyinatla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında təəssüratlarını bildirib:
“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.
Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.