EN

Bu il SİF tərəfindən verilmiş kreditlərin sahələr üzrə bölgüsü açıqlanıb

Bakı. Trend:

Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin ilk iki ayıərzində 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manatgüzəştli kredit verilib. Verilmiş kreditlər hesabına 500-dən çoxyeni iş yerinin yaradılması nəzərdə tutulur.

Trend bubarədə Sahibkarlığın İnkişafı Fondundan məlumat əldə edib.

Məlumata görə, verilmiş kreditlərin ümumi məbləğinin 40,5%-ikənd təsərrüfatının, 56%-i sənayenin (o cümlədən, aqrar emal),3,5%-i isə digər sahələrin payına düşüb.

Bu ilin 2 ayında güzəştli kreditlərdən yararlanmış sahibkarlıqsubyektlərinin əhəmiyyətli hissəsi regionlarda fəaliyyət göstərir.Qeyd edilən dövr ərzində güzəştli kreditdən yararlanmış layihələrin96,5%-i, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 75%-əyaxını regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərininpayına düşür.

Bununla yanaşı, mikro, kiçik və orta bizneslərin dövlətingüzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsi davam etdirilib.Yanvar-fevral aylarında maliyyələşdirilmiş layihələrin 99,6%-imikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur.

Məqalədə:
Chosen
5
1
az.trend.az

2Sources