İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb.
APA xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bildirib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının İraq və Suriyadakı lideri Əbu Xədicə kimi tanınan Abdullah Maki Musleh əl-Rifai öldürülüb.
Əməliyyatı İraq təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə birgə həyata keçirib.