Azərbaycan milli komandasının üzvü Renat Dadaşov şərəfini qoruduğu "Radomyak" klubunun heyətində bu gün növbəti oyununa çıxa bilər.
Offsideplus.az xəbər verir ki, hücumçumuz Polşa çempionatının XXV turu çərçivəsində "Lexiya"ya (Qdansk) qarşı oynaya bilər. Onunla yanaşı, digər həmyerlimiz, zədəsini sağaldan Rahil Məmmədovun da forma geyinməsi mümkündür.
Radom şəhərində görüşə maraq böyükdür. Oyuna bütün biletlər satılıb. "Radomyak" fanatlarının bugünkü qarşılaşmaya belə maraq göstərməsinin səbəbkarlarının biri məhz Renat Dadaşovdur. O, yeni komandasında keçirdiyi 2 oyunda 2 qol vuraraq, azarkeşlərin rəğbətini qazanıb.
Hazırda "Radomyak" 28 xalla 12-ci, "Lexiya" isə 21 xalla 17-ci yerdədir.
Matç Bakı vaxtı ilə saat 21-də start götürəcək.
Ekstraklasa, XXV tur
21:00 "Radomyak" - "Lexiya"