EN

Böyrəyin sağlamlığı üçün gündə nə qədər su içilməlidir?

13 mart - Ümumdünya Böyrək Günündə S.P. Botkin adına Moskva Uroloji Mərkəzinin həkimləri "Rossiya 1" telekanalının efirində bu vacib orqanı necə qorumaq və suyun urolitiyazın qarşısının alınmasında hansı rolu oynadığı izah ediblər.

Mütəxəssislər böyrək daşlarından qorunmağa kömək edən üç məhsulun adını çəkiblər. Pəhrizdə yerkökü və itburnu (onlar sidik yollarının selikli qişasına faydalı təsir göstərən A vitamini ilə zəngindir), həmçinin kifayət qədər miqdarda təmiz içməli su olmalıdır. Uroloji Mərkəzin mütəxəssisləri hesab edirlər ki, gündə iki litr su içmək faydalıdır, lakin gündəlik sidiyin həcminə də diqqət yetirmək vacibdir.

“Su istehlakı gün ərzində maye itkisindən az olmamalıdır”, - rusiyalı televiziya həkimi Sergey Aqapkin əlavə edib.

"Qadınlarda gündə hər kiloqram bədən çəkisi üçün təxminən üç millilitr, kişilərdə dörd millilitr - bədənimiz tər, tənəffüs və sidiklə itirir. Bu o deməkdir ki, su istehlakı bu rəqəmdən az olmamalıdır", - doktor Aqapkin izah edib.

Maye qəbulunu artırmaqla yanaşı, pəhrizinizdə duzun miqdarını azaltmaq da faydalıdır. Çünki su sidikdə kalsiumun çıxarılmasına kömək edir, bu da tez-tez daşlardan ibarət olur. Bundan əlavə, həkimlər pəhrizdə heyvan zülalını və süd məhsullarını məhdudlaşdırmağı və əksinə, lif miqdarını artırmağı məsləhət görürlər.

"Kök, itburnu gözəl təsir edir. Gündəlik təmiz, içməli su qəbul etmək çox vacibdir. Oturaq həyat tərzi təhlükəlidir. Böyrək xəstəliyinin qarşısının alınması özümüzdən asılıdır ", - deyə mütəxəssislər bildiriblər.

Nubar Süleymanova, “İki sahil”

Chosen
28
ikisahil.az

1Sources