Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında gümüş medal əldə edən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun 2025-ci ilin mart ayı üçün açıqlanmış dünya reytinqində mövqeyi müəyyənləşib.
Sportinfo/az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Avropa çempionu 124.32 xalla ikinci pillədə qərarlaşıb. Onun mövqeyində dəyişiklik olmayıb.
Q.Maqomedovun Paris-2024-ün finalında məğlub olduğu Cənubi Koreya təmsilçisi Park Taejoon birincidir.
Qaşım Maqomedov qızıl medal uğrunda görüşdə zədələndiyi üçün döyüş vaxtından əvvəl başa çatmışdı.