EN

Fridrix Merz: Almaniya geri döndü

Almaniyada keçirilən seçkilərdə birinci olan Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial Birliyinin (CSU) ortaq namizədi Fridrix Merz Almaniya və Avropanın müdafiəsi ilə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Almaniyada hökumət qurmaq üçün koalisiya danışıqlarını davam etdirən Merz, Yaşılların (Die Grüne) keçməsi planlaşdırılan büdcəyə müsbət yanaşdığını ifadə edib.

Sosial Demokrat Partiyasının (SPD) iştirakı və Yaşılların dəstəyi ilə koalisiya hökuməti qurmağı planlaşdıran Merzin 500 milyard avroluq müdafiə və infrastruktur fondu yaratmaq üçün də dəstək aldığı bildirilir.

Merzin təcili olaraq müdafiə və infrastruktur sərmayələrini artıracaq büdcəni qəbul etməyi planlaşdırdığı və bu qərarda ABŞ prezidenti Donald Trampın Avropanın müdafiəsi ilə bağlı açıqlamalarının təsirli olduğu məlumdur.

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini müdafiə sərmayələrini artırmağa çağırıb və sərmayə qoyulmayacağı təqdirdə Avropanı müdafiə etməyəcəyini bəyan edib.

Avropanın müdafiəsinə sadiqliyini ifadə edən Fridrix Merz, "Almaniya geri döndü. Almaniya Avropada azadlıq və sülhün müdafiəsinə mühüm töhfə verir" dedi.

Merz çıxışında bu sözləri də söyləyib:

“Bu, həm tərəfdaşlarımıza, həm də azadlığımızın düşmənlərinə aydın mesajdır: biz özümüzü müdafiə edə bilərik”.

Aytən Yaşar/ Turkustan.az

Chosen
11
turkustan.az

1Sources