EN

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir (FOTO)

Bakı. Trend:

Sevimli Novruz Bayramı ənənəvi olaraq ölkəmizin bütüngüşələrində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş qeydedilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayramşənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər özkütləviliyi ilə seçilib.

Trend xəbər verir ki, ənənvibayram tədbirləri Bakı şəhərinin Xətai və Yasamal rayonlarındaHeydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinintəsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət”layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri,qazılər Bayrami yüksək sevinc hissi ilə qeyd ediblər. BayramdaNovruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələrinümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətinigöstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl vəBahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafındasakinlərlə birgə rəqs ediblər.

Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxınabadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinəverilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait vardır.Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni,Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havasıyaradılıb.

Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Paytaxtın
Chosen
8
28
az.trend.az

10Sources