EN

İsrail HƏMAS-dan 11 girovu azad etməyitələb etdi

İsrail HƏMAS-dan Qəzza zolağında atəşkəsin uzadılması müqabilində saxladığı 11 girovu azad etməyi və 16 ölü əsirin cəsədini təhvil verməyi tələb edib. 

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı HƏMAS-dakı mənbəyə istinadən məlumat yayıb.

İsrail HƏMAS-dan həmçinin ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandrı geri qaytarmağı tələb edib. 

Telekanalın məlumatına görə İsrail bunun qarşılığında ömürlük həbs cəzası çəkən 110 fələstinli məhbusu, həmçinin Qəzzada döyüşlər zamanı saxlanılan 1100 məhbusu azad etməyə hazırdır.

Chosen
20
3
redaktor.az

5Sources