EN

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sevimli Novruz Bayramı ənənəvi olaraq ölkəmizin bütün guşələrində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş qeyd edilir. Bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib.
Oxu.Az xəbər verir ki, ənənəvi bayram tədbirləri Bakı şəhərinin Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər baharın gəlişini yüksək sevinc hissi ilə qeyd ediblər. Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, kosa, keçəl və bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait var. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.
Chosen
22
28
oxu.az

10Sources