EN

ABŞ-dan 43 ölkə vətəndaşına qadağa - Siyahı hazırdır

ABŞ administrasiyası 43 ölkə vətəndaşının Birləşmiş Ştatlara girişinə tam qadağa və ciddi məhdudiyyətlər tətbiq etməyi düşünür.

Yenisabah.az New York Times-a istinadla xəbər verir ki, Dövlət Departamenti bununla bağlı siyahı hazırlayıb.

Siyahıda ölkələr üç kateqoriyaya bölünür: qırmızı, narıncı və sarı.

Vaşinqton İran, Əfqanıstan, Butan, Venesuela, Kuba, Şimali Koreya, Liviya, Somali, Sudan, Suriya və Yəmən də daxil olmaqla, 11 ölkə vətəndaşlarının ABŞ-a girişini tamamilə qadağan edə və onları qırmızı siyahıya sala bilər.

Həmçinin, Rusiya, Belarus, Türkmənistan, Eritreya, Haiti, Laos, Myanma, Pakistan, Sierra Leone və Cənubi Sudan vətəndaşları üçün viza verilməsində ciddi məhdudiyyətlərin nəzərdə tutula biləcəyi də istisna edilmir.

Hesabata görə, bu hallarda giriş "turizm və ya immiqrasiya deyil, varlı iş səyahətçiləri" ilə məhdudlaşdırıla bilər.

Qalan 22 ölkə, o cümlədən Mali, Çad, Kamerun və Zimbabve də sarı siyahıdadır və ABŞ üçün "narahatlıq doğuran amilləri" həll etmək üçün onlara 60 gün vaxt veriləcək, əks halda onlar birinci və ikinci kateqoriyalara yerləşdiriləcək.

Tramp ilk prezidentliyi dövründə Amerika vətəndaşlarının təhlükəsizliyini təmin etmək bəhanəsi ilə qırmızı və ya narıncı siyahıda olan bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan etmişdi.

“The New York Times” yazıb ki, viza rejiminin sərtləşdirilməsi ilə bağlı təkliflər bir neçə həftə əvvəl ABŞ Dövlət Departamenti tərəfindən hazırlanaraq Ağ Evə təqdim edilib.

Hazırda vizası olan şəxslərin bu məhdudiyyətlərdən azad edilib-edilməyəcəyi və ya vizalarının ləğv edilib-edilməyəcəyi hələlik bəlli deyil.


Telegram kanalımız
Chosen
9
yenisabah.az

1Sources