EN

Kanadanın yeni baş naziri: Heç vaxt ABŞ-ın bir hissəsi olmayacağıq

Kanadanın yeni Baş naziri Mark Karni vəzifəyə gəldikdən sonra ilk çıxışında Kanadanın "heç vaxt" Birləşmiş Ştatların bir hissəsi olmayacağını söylədi.

Turkustan.az xəbər verir ki, Karni paytaxt Ottavada ölkənin yeni baş naziri kimi rəsmi olaraq vəzifəyə başlama mərasimindən sonra mətbuatın suallarını cavablandırıb.

"Amerika Kanada deyil"-deyə, Karni, Kanadanın ABŞ-dan "çox fərqli bir ölkə" olduğunu söylədi.

Yeni baş nazir ABŞ dövlət katibi Marko Rubionun Kanadanın ABŞ-ın 51-ci ştatına çevrilməsi ilə bağlı son şərhlərini “dəlilik” kimi qiymətləndirərkən ABŞ-dan “hörmət gözlədiyini” deyib.

Bu gün vəzifəsinə başlayan Karni ilk xarici səfərində Fransa və İngiltərəyə gedəcəyini qeyd edib.

Karni sualına cavab olaraq Trampla görüşmək fikrində olmadığını, lakin onunla danışmağı “səbirsizliklə gözlədiyini” söyləyib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
16
turkustan.az

1Sources