EN

Onlar bölgədən çıxır, Türkiyə baza qurur - KİV

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Suriya keçid hökuməti və YPG terror qruplaşmasının başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) arasında razılaşma sənədi imzalanıb.

Turkustan.az “Haber7.com” saytına istinadən xəbər verir ki, razılaşmada ən mühüm maddələrdən biri də “Bütün hərbi qurumların Suriya rəhbərliyinə inteqrasiyası” olub.

Bu maddəyə əsasən, Türkiyənin Suriya sərhədi qısa müddətdə, tamamilə terrorçulardan təmizlənəcək:

“Türkiyənin tələblərinə uyğun olaraq, YPG üzvləri Fəratın şərqində blok kimi də iştirak edə bilməyəcək. Suriya ordusuna tam inteqrasiya olunduqdan sonra ordunun tərkibində yaradılacaq yeni birliklər ölkənin şimal-şərqində xidmət edəcək. Türkiyənin də bu bölgədə baza qurası planlaşdırılır. Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və MİT rəhbəri İbrahim Kalın açıqlamalarında da Dəməşqə səfəri zamanı bütün bu mövzuların müzakirə edildiyi bildirib”.

Həmçinin qeyd olunub ki, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan mənbələr Suriya və İraqdakı tərksilahın qəti, şəffaf və qalıcı olub-olmamasını yaxından izləyəcəklərini, bunun bir qədər zaman alacağını, prosesin konkret nəticələri əldə olunana qədər heç bir müzakirə mövzusunun olmayacağını bildiriblər. /axar.az/

Chosen
16
3
turkustan.az

4Sources