EN

Hakimlər “Real Madrid”ə “dayılıq” edir?

UEFA Çempionlar Liqasının 1/8 turunun cavab qarşılaşması çərçivəsində baş tutan “Atletiko Madrid” – “Real Madrid” matçından sonra yeni qalmaqal üzə çıxıb. Nüfuzlu ispan nəşrləri “kral klubu”nun oyunlarında hakimlərin tərəfli mövqedən çıxış etdiyini iddia edib.

Yenisabah.az xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone oyunun əsas hakimi Sizmon Markinyakı “Real” lehinə qərarlar verməkdə ittiham etmişdi. Sözügedən iddialara İspaniya Futbol Federasiya prezidenti Rafael Luzan da qoşulmuşdu.

“Real Madrid”lə bağlı bu tip ittihamlar ilk dəfədir deyil. Ümumi yanaşmaya əsasən, İtaliyanın “Yuventus”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real Madrid” kimi komandaları “hakim himayədarlığı” ilə tanınır.


Telegram kanalımız
Chosen
20
yenisabah.az

1Sources