EN

Mingəçevirdə QƏZA:Bir neçə ağac qırıldı - FOTO

Mingəçevirdə idarəetmədən çıxan avtomobil yaşıllıq zolağına girib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin Gəncə şossesindən giriş istiqamətində baş verib.

Belə ki, "Opel" markalı maşın işıq dirəyinə çırpılaraq onu aşırıb və yol kənarındakı yaşıllıq zolağına düşüb.

Nəqliyyat vasitəsi bir neçə ağacı qıraraq yarasız hala salıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Mingəçevirdə

Mingəçevirdə

 

Chosen
8
3
avtosfer.az

4Sources