EN

Üzdə qəfil və şiddətli ağrı: trigeminal nevralji nədir?

Üzdə qəfil və şiddətli ağrı:

Trigeminal nevralgiya (TN) üzün bir tərəfində qəfil və şiddətli ağrılarla xarakterizə olunan nevroloji xəstəlikdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Beyin və Sinir Cərrahiyyəsi Mütəxəssisi Dos. Dr. Mustafa Kılıç TN-nin bəşəriyyətin ən şiddətli ağrılarına səbəb ola biləcəyini bildirir. Elektrik şokuna bənzəyən bu ağrılar çənə, yanaqlar və alın nahiyəsinə yayıla bilər. Yemək, danışmaq və ya toxunmaq belə ağrını tətikləyə bilər.

TN qadınlarda daha çox rast gəlinir və əsasən 50 yaşdan sonra ortaya çıxır. Xəstəlik trigeminal sinirə basqı nəticəsində (birincili) və ya şiş, MS, sinir travması kimi səbəblərlə (ikincili) yarana bilər. TN iki növdə olur: Tip 1 qəfil və kəskin ağrılarla, Tip 2 isə davamlı və zəiflədici ağrılarla müşahidə edilir. Diaqnoz əsasən simptomların müayinəsi və MRT vasitəsilə qoyulur.

Müalicə ilkin olaraq dərmanlarla aparılır. Karbamazepin təsirli olsa da, zamanla effektivliyini itirə bilər. Ağrı davam edərsə, mikrovaskulyar dekompressiya, radiotezlikli rizotomiya və Gamma Knife kimi cərrahi üsullardan istifadə olunur. TN müalicə edilmədikdə xəstənin həyat keyfiyyətini ciddi şəkildə azaldır, depressiya və narahatlığa səbəb ola bilər. Buna görə də erkən diaqnoz və müalicə həyati əhəmiyyət daşıyır. Belə olan halda mütəxəssislə məsləhətləşməyiniz tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Chosen
16
e-saglam.az

1Sources