EN

"Barselona"dan Torres qərarı

style='margin-bottom:10px;'>

"Barselona" hücumçusu Ferran Torresin gələcəyi ilə bağlı qərarını verib.

QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 

Kataloniya təmsilçisi 25 yaşlı futbolçu ilə müqaviləni uzadacaq. 

Klub ispaniyalı forvardın universallığına və texnikasına dəyər verir. Torres baş məşqçi Hans-Diter Flik üçün vacib oyunçudur.

Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Torres bu mövsüm "Barselona"nın heyətində 31 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə verib.

Chosen
16
teleqraf.com

1Sources