EN

Təzyiq dərmanları ilə depressiyaya arasında əlaqə var?

Təzyiq dərmanları ilə depressiyaya arasında

"Medikamentoz (dərmanla əlaqəli) depressiya, antihipertenzivlər (yüksək qan təzyiqi üçün) və digər ürək dərmanları kimi preparatların qəbulunun yan təsiri kimi ortaya çıxa bilər".

Emlakbazari.az

E-saglam.az-ın xəbərinə görə, bu barədə rusiyalı psixiatr və psixoterapevt Patimat Yaxyayeva "Gazeta.ru"ya müsahibəsində danışıb.

"Bəzi dərmanlar dolayı yolla depressiv vəziyyətlərə səbəb ola bilər. Bu, yorğunluq, yuxululuq, iştahın azalması və ya digər simptomların yaranmasına gətirib çıxara bilər. Bu dərmanlar məyusluq, bitkinlik və hətta depressiv epizoda səbəb ola bilər. Bununla belə, konkret bir insanda depressiyanın əmələ gəlməsinə həqiqətən də dərmanın səbəb olub-olmadığını müəyyən etmək çox vaxt çətin olur. Məsələn, hipertoniya müalicəsində istifadə olunan bəzi antihipertenziv preparatlar depressiv təsirə malikdir", - deyə həkim bildirib.

Həmçinin həkimin sözlərinə görə, iltihabəleyhinə, antiallergik və immunodepressiv təsirə malik kortikoidlərin yüksək dozada uzun müddət istifadəsi də depressiv simptomlar yarada bilər.

"Depressiya nadir hallarda dərmanların istifadəsinə mütləq şəkildə əks göstəriş olur. Ancaq dərmanların təyin edilməsi ilə bağlı ən yaxşı qərarın qəbul edilməsi üçün həkimin hər bir konkret vəziyyətdə bir sıra amilləri qiymətləndirməsi vacibdir. Bunlar arasında dərmanın potensial faydası, müalicə üçün alternativ dərmanların mövcudluğu, xəstənin depressiya tarixi və, əgər varsa, əvvəlki depressiya epizodlarının şiddəti və depressiyanın inkişafı ilə bağlı xəstənin vəziyyətini izləmək imkanı da yer alır", - deyə mütəxəssis qeyd edib.(Oxu.az)

E-saglam.az


Chosen
13
3
e-saglam.az

4Sources