Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.
Bu istiqamətdə araşdırmalar davam edir.
P.ƏMİRCANOV
XQ