EN

“Tramp Putinə yox, kəşfiyyata güvənməlidir” – “Kurskda minlərlə ukraynalı mühasirəyə düşməyib”

Rusiya Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın bəyanatlarına baxmayaraq, Kursk bölgəsində minlərlə Ukrayna əsgərini mühasirəyə almayıb.

Tribunainfo.az xəbər verir ki, bunu “Forbes” nəşri öz mənbələrinə istinadla yazıb.

Tramp cümə günü sosial mediada yazıb ki, “minlərlə Ukrayna əsgəri tamamilə Rusiya qoşunları tərəfindən mühasirəyə alınıb və çox pis, həssas vəziyyətdədir”.

Ancaq “Forbes” qeyd edir ki, Trampın dediklərinə baxmayaraq, Ukrayna əsgərləri mühasirəyə alınmayıb: “Kursk yaxınlığındakı döyüşlərdə iştirak edən ukraynalı PUA operatorunun da dediyi kimi, bu, yalandır. “Frontelligence Insight” analitik qrupu da təsdiqləyir ki, heç bir mühasirədən söhbət getmir.

Qabaqcıl dron taktikalarından istifadə edən analitik Endryu Perpetua deyir ki, fevralın 25-nə qədər, Rusiyanın elit “Rubicon” dron qrupu Sudjada Ukrayna qüvvələrini dəstəkləyən təchizat xətlərinə bir sıra hücumlar həyata keçirib. Tez bir zamanda yüzlərlə Ukrayna avtomobilini məhv edərək, Kursk bölgəsindəki Ukrayna briqadalarının təchizatını effektiv şəkildə əngəlləyib. İki həftə sonra, bazar ertəsi və ya çərşənbə axşamı Ukrayna qoşunları texnikanı geridə qoyaraq və minlərlə insanın həyatını xilas edərək Kurskdan çıxıb. Geri çəkiliş bəzən xaotik olsa da, ümumilikdə təşkil edilmiş şəkildə həyata keçirilib. Heç bir mühasirəyə alınma təhlükəsi yox idi və heç bir dəlil bunu təsdiq etmir”.

Nəşr yazır ki, Tramp yalandan minlərlə ukraynalının mühasirəyə alındığını iddia etməklə, əslində mümkün atəşkəs danışıqları ərəfəsində Putinin mövqeyini təkrarlayır: “Tramp Putinlə danışıqların yaxşı getdiyini və müharibənin tezliklə bitə biləcəyini deyir. Bununla belə, görünür, Tramp ilkin müzakirələrini Rusiyanın Kursk bölgəsində minlərlə ukraynalı hərbçini mühasirədə saxlaması yalanı üzərində qurur.

“Mən prezident Putini onların həyatını xilas etməyə çağırıram”, – Tramp yazıb. Lakin Kursk vilayətində artıq minlərlə Ukrayna əsgəri yoxdur. Onlar Putinin iddiasına baxmayaraq, bir neçə gün əvvəl oranı tərk ediblər. Kəşfiyyat məlumatlarına güvənmək lazımdır, Putinin sözlərinə yox”.

Chosen
11
2
tribunainfo.az

3Sources