EN

Bazar günü 30 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Chosen
6
49
publika.az

10Sources