Martın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Senzor.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12°, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı, şərq küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 8-12°, gündüz 25-30°, dağlarda gecə 3-8°, gündüz 20-25° isti olacaq.