EN

Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu

Martın 15-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələri Rusiyanın Volqoqrad şəhərinə hücum edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Astra internet nəşri məlumat yayıb.

Pilotsuz təyyarənin hücumunun hədəfi bir neçə kilometr aralıda yerləşən yerli Lukoil Neft Emalı Zavodu ola bilərdi.

Rusiya Müdafiə Nazirliyi bir gecədə 126 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu, onlardan 64-nün Volqoqrad vilayəti üzərində olduğunu iddia edir.

Qubernator Andrey Boçarov atəş açıldığını təsdiqləyib, lakin onun məlumatına görə, dağıntı yoxdur və yanğın PUA-nın qalıqlarından alov alan qamışlardır.

Ukraynanın OSINT layihəsi Exilenova+ atəş və onun nəticələrinin şahidləri tərəfindən lentə alınan videoları yayıb.



Xəbər 5 dəfə oxunub.
Chosen
11
xezernews.az

1Sources