EN

Bazar günü 30 dərəcə İSTİ OLACAQ

Bakıda və Abşeron yarımadasında martın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İnterpress.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 20-25° isti olacaq.

Chosen
7
49
interpress.az

10Sources