EN

Bərdədə dağıntıların altından xilas edilən qadının vəziyyəti AÇIQLANDI

Bu gün saat 11:30 radələrində 1990-cı il təvəllüdlü şəxs (qadın cinsli) Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Azreform.info -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, qasıq sümüyünün sınığı, baş-beyin silkələnməsi, döş qəfəsinin küt travması diaqnozları təyin edilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.

Chosen
7
4
azreform.info

6Sources