EN

Kremlin tələblərini Kiyevin qəbul etməsi mümkün deyil - Özər

Ukrayna müharibəsində sülh danışıqlarının çətinlikləri getdikcə daha aydın görünür. Rusiya münaqişənin dondurulmasına qarşı çıxdığını bildirsə də, hazırkı vəziyyət onun bütün istəklərini həyata keçirməyə imkan vermir.

Bu sözləri Axar.az-a türkiyəli ekspert Engin Özər deyib.

“Moskva Zaporojye və Xerson vilayətlərinin tam şəkildə Rusiyaya verilməsini istəyir. Lakin Ukrayna nə Ali Rada, nə də Prezident Vladimir Zelenski səviyyəsində bu addımı qəbul edə bilər. Məsələ yalnız referendum yolu ilə həll oluna bilər ki, bu da Ukrayna cəmiyyətində böyük narazılığa səbəb olar.

Sülh sazişi imzalamaq üçün maneələr təkcə ərazi məsələləri ilə məhdudlaşmır. Müharibə cinayətkarlarının mühakiməsi, qaçqınların vəziyyəti və humanitar yardım məsələləri də ciddi problemlər yaradır. Bundan əlavə, Zaporojye AES-in taleyi də açıq qalır. Rusiya bu strateji enerji obyektini Ukraynaya qaytarmaq istəmir, Kiyev isə bunun ölkənin enerji təhlükəsizliyi üçün vacib olduğunu bildirir”, - o bildirib.

Ekspert qeyd edib ki, istənilən halda Ukrayna-Rusiya münaqişəsi dondurulmaq ərəfəsindədir:

“Bütün bu çətinliklərə baxmayaraq, münaqişənin müəyyən bir formula əsasən dondurulacağı gözlənilir. Lakin ictimaiyyətə bunun sülh prosesinin davam etdiyi kimi təqdim ediləcəyi ehtimal edilir. Rusiya sonda uyğun bir razılaşmanı qəbul etməyə məcbur olacaq”.

Chosen
26
50
axar.az

10Sources