EN

Cənubi Qafqazda militarist qüvvələr tərksilah olunmalıdır - Kamaləddin Qafarov

Bakı. Trend:

Martın 13-də Bakıda, “Gülüstan” sarayında AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin himayəsi altında vəNizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII QlobalBakı Forumu öz işinə başlayıb. Əvvəlki forumlarda olduğu kimi, butədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Başnazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət vəhökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirakedirlər.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, builki Forumun mövzusu dünyada gedənproseslərin fonunda öz aktualllığı ilə diqqəti cəlb edir: ““Dünyadüzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”.Qeyd olunmalıdır ki, Forum ölkəmizin beynəlxalq aləmdə nüfuzunun vəAvrasiya məkanında gedən proseslərə təsir imkanlarının getdikcəartmasının daha bir nümayişidir. Mövcud regional, kontinental vəqlobal problemlər ətrafında müzakirələrin və məhsuldar fikirmübadilələrinin aparılması üçün son dərəcə əlverişli beynəlxalqiqtisadi-siyasi platforma olaraq Bakı Forumunun əhəmiyyəti ildənilə artmaqdadır. Forumun açılış mərasimində çıxış edən cənabPrezident İlham Əliyevin dediyi kimi, Qlobal Bakı Forumu hazırdaaparıcı beynəlxalq platformalardan biridir və bu platformada qlobalgündəlikdə dayanan məsələlər müzakirə olunur.”

K.Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin Cənubi Qafqazdamöhkəm və davamlı sülhün bərqərar olmasını istəməyən qüvvələrbarədə səsləndirdiyi fikirlər bu gün Qərbin məlum dairələrinidərindən düşündürməlidir: “Keçən ay Azərbaycan xalqı Xocalısoyqırımının 33-cü ildönümünü dərin hüznlə qeyd etdi. Martın 31-dəisə xalqımız 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşıtörətdikləri daha bir soyqırımında vəhşicəsinə qətlə yetirilmişgünahsız qurbanların əziz xatirəsini anacaq. Əlbəttə ki, Azərbaycanxalqı bu vəhşilikləri unuda bilməz. Lakin möhtərəm dövlətbaşçımızın dediyi kimi, biz gələcəyə baxmalıyıq, biz CənubiQafqazda möhkəm və davamlı sülh qurmalıyıq və biz ümumi regionalinkişafa nail olmalıyıq. Azərbaycan hər zaman olduğu mövqelərindəqalmaqla indi də sülh prosesinə bağlıdır və əslində, Ermənistanatəqdim olunan sülh müqaviləsinin də müəllifi elə Azərbaycandır.Məlumdur ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçünErmənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasızəruri şərtdir. Hazırda bu sənəd müzakirə edilir və bəndlərin əksərhissəsi artıq razılaşdırılıb. Lakin Ermənistanı yenidən məhvedicisilahlarla təchiz edən dairələr aydındır ki, bizim regionda sülhistəmirlər. Prezident İlham Əliyev hər zaman olduğu kimi, XIIQlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da prinsipialvə qətiyyətli mövqedən irəli gələrək ölkəmizə qarşı təxribatxarakterli addımlar atmaqda davam edən Avropa İttifaqının rəhbərdairələrini ifşa etməkdən çəkinmədi. Prezident İlham Əliyev açıqmətnlə, birmənalı olaraq bildirdi ki, Avropanın monitorinqmissiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. Çoxtəəssüflər olsun ki, bu gün dünyada yaşanan qlobal xarakterliproblemlərin də böyük əksəriyyətinin əsasında bəzi böyük dövlətlərtərəfindən Beynəlxalq hüquq normalarının pozulması və ikilistandartların tətbiqi hallarına yol verilməsi faktı durur. Ocümlədən, biz hamımız bu mənfur siyasətin necə ağır fəsadlara yolaça biləcəyini bu gün Cənubi Qafqaz regionunun nümunəsindəaçıq-aşkar müşahidə edə bilirik.”

K. Qafarov korrupsiyaya uğramış siyasətçilər barədəsəsləndirilən fikirlərə münasibət bildirib: “Prezident İlham Əliyevonilliklər boyunca erməni diasporunu dəstəkləyən korrupsiyayauğramış siyasətçilərdən bəhs etməklə beynəlxalq ictimaiyyətindiqqətini bu ciddi problemə çəkə bildi. Qeyd olundu ki, ABŞPrezidenti D. Trampın Dövlət Departamentində USAID-in ləğvolunması, eləcə də korrupsiyaya uğramış siyasətçi Robert Menendesincəzalandırılması ilə bağlı verilmiş qərarlar təqdirəlayiqdir. LakinMenendes sonuncu olmalı deyil. Çünki hələ cənab Adam Şif, cənabFrank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri də var ki,onların onilliklər boyunca fəaliyyətləri erməni diasportəşkilatlarından aldıqları pullar müqabilində Azərbaycana hücumçəkməkdən, ölkəmizi gözdən salmağa çalışmaqdan ibarət olub. Bütünbu haqsızlıqlara tezliklə son qoyulmalı, Cənubi Qafqazda sülhə maneolmaq istəyən qüvvələr regiondan təcrid edilməlidirlər”.

Chosen
27
16
az.trend.az

10Sources