EN

İtaliyada əlverişsiz hava şəraitinə görə 248 nəfər təxliyə olunub - FOTOLAR

İtaliyanın mərkəzi regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törətməkdə davam edir. SİA xəbər verir ki, iki gündür yağan leysan yağışları Toskana regionunda çayların səviyyəsinin yüksəlməsinə səbəb olub. Florensiyada Arno çayında suyun səviyyəsi pik həddə çatıb. Piza və Florensiya şəhərlərində muzeylər, kinoteatrlar və mağazalar bağlanıb.

Arno və Sieve çaylarının məcrasından çıxması nəticəsində evləri, küçələri, iş yerlərini su basıb. Torpaq sürüşməsi riski səbəbindən Empoli və Pizada körpülər bağlanıb. Livorno və Pizada 8 bələdiyyədə, ümumilikdə, 248 nəfər təxliyə edilib və 1267 evin elektrik enerjisi kəsilib. Daşqın infrastruktura ciddi ziyan vurub.

Florensiyada daşqın nəticəsində köməksiz vəziyyətdə qalan bir nəfər mülki müdafiə qüvvələri tərəfindən xilas edilib. Mülki müdafiə qüvvələri Toskanada 24 saat ərzində 430-dan çox xilasetmə əməliyyatı yerinə yetirib.

Toskanada regionunda, o cümlədə Florensiya, Prato, Pistoia və Piza əyalətləri üçün qırmızı xəbərdarlıq elan edilib. Daşqın və torpaq sürüşməsi riski ilə bağlı əhaliyə xəbərdarlıq olunub.

Chosen
13
2
sia.az

3Sources