Tez-tez mobil telefonunuzu noutbukunuzun yanına qoyursunuz? Bunu bir daha etməyin!
NOCOMMENT.az xarici mediaya istinadla bildirir ki, smartfonu işləyən noutbukun yanına qoymaq düzgün deyil. Bu iki cihaz arasında ən azı 1 metr məsafə olmalıdır.
Niyə smartfonu noutbukun yanına qoymaq olmaz?
Smartfon həm siqnal qəbul edən, həm də ötürən bir cihazdır. Noutbuk isə daxili Wi-Fi adapteri və Bluetooth modulu olan bir cihazdır. Əgər mobil telefon işləyən noutbukun yanına qoyularsa, o zaman elektrik siqnallarında dalğalanma (interferensiya) baş verə bilər.
Bunun nəticələri
Telefonun batareyasının tez boşalması – siqnalların qarşılıqlı təsiri smartfonun enerji sərfiyyatını artırır.
Telefonun batareyasının erkən sıradan çıxması – davamlı yüksək enerji sərfiyyatı batareyanın ömrünü azaldır.
Siqnal kəsilmələri və əlaqə problemləri – interferensiya səbəbindən Wi-Fi və Bluetooth bağlantılarında problemlər yarana bilər.
Smartfonu hara qoymaq lazımdır?
Smartfonu noutbukdan ən azı 1 metr uzaqda saxlayın.
Ən yaxşısı – onu 2-3 metr məsafədə saxlamaqdır.
Bu qayda masaüstü (stasionar) kompüterlərə də aiddir.
Nəticə: Telefonun batareyasının ömrünü uzatmaq və siqnal problemlərindən qaçmaq üçün onu noutbuk və kompüterlərin yanına qoymamaq tövsiyə edilir.\\Lent.az