EN

Mikautadze Premyer Liqa yolunda

Gürcü hücumçu Jorj Mikautadze İngiltərə Premyer Liqasına keçə bilər.

Apasport.az "TodoFichajes" portalına istinadla xəbər verir ki, “Vest Hem” 24 yaşlı gürcü futbolçunun transferi üçün “Lion”a təklif hazırlayır.

“Lion” da öz növbəsində Mikautadzeni sərfəli qiymətə satmaq istəyir.

Lakin Liqa 1 klubu oyunçu ilə bağlı qərar verməyə tələsmir. Jorja təkcə “Vest Hem” deyil, digər klublar da maraq göstərir.

Nüfuzlu "transfermarkt" portalı Mikautadzenin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.  

 

“Vilyareal”ın üzvü “Liverpul”un marağında

“Çelsi” “Sportinq”in futbolçusunu transfer edəcək

İngiltərədə ən yaxşı baş məşqçisi müəyyənləşib

Salah ayın oyunçusu seçilib

Vinisius "Real Madrid"in növbəti matçını buraxacaq

Chosen
23
apasport.az

1Sources