EN

Orban Aİ qarşısında 12 tələb irəli sürdü: "Onları parlamentdən qovun və..."

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) Ukrayna ilə bağlı müraciət də daxil olmaqla 12 tələb irəli sürüb.

Publika.az xəbər verir ki, o, bu barədə “X” sosial media hesabında paylaşım edib.

“Macar xalqı Brüsseldən nə tələb edir? Qoy sülh, azadlıq və birlik olsun", - deyə o yazıb.

Onun tələbləri arasında bütün Aİ-yə üzv dövlətlər üçün qanun qarşısında bərabərlik, millətlərdən alınan səlahiyyətlərin bərpası, milli suverenlik və üzv dövlətlərin hökumətləri üçün güclü veto hüququ var.

Macarıstanın baş naziri həmçinin korrupsioner lobbiçilərin parlamentdən qovulmasına çağırıb.

Chosen
17
publika.az

1Sources