EN

Lənkəranda direktor şagirdi döyüb?

Lənkəran rayonu Tütəpeştə kənd orta məktəbinin direktoru Rövşən Əliyevin həmin məktəbin şagirdini dərsə gecikdiyinə görə döydüyü barədə məlumatlar yayılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, martın 14-də Lənkəran rayon sakini Təhmasib Əsgərzadə 14 yaşlı övladının təhsil aldığı məktəbin direktoru tərəfindən döyülməsi barədə polisə məlumat verib.

Müraciət əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması başlanıb, izahatları alınıb.

Məhkəmə-tibbi ekspertizası təyin edilsə də, T.Əsgərzadə övladının heç bir xəsarətinin olmamasını əsas gətirərək onu müvafiq ekspertizadan keçirməkdən imtina edib.

Həmin tarixdə DİN-in “102” xidməti zəng mərkəzinə təkrar müraciət edərək qeyd edilən məsələ ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xahiş edib.

Chosen
42
27
qafqazinfo.az

10Sources