EN

Ərdoğanın müşaviri: İrəvanın bunu təkrarlamaması üçün...

Azərbaycan torpaqları 30 il işğal altında olub. Bu hadisələrin təkrarlanmaması üçün lazımi addımlar atılmalıdır. Yaxın gələcəkdə davamlı sülhün təmin olunacağına ümid edirik.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Bakı və İrəvan arasında sülh sazişi mətni üzrə razılaşmanı şərh edərkən deyib.

Qeyd edək ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığını bəyan edib.

Chosen
18
1
sitat.info

10Sources