EN

Bundesliqa: “Bayern” xal itirdi, “Borussiya” uduzdu

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 26-cı turunun oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Maynts” – “Frayburq”, həmçinin “Union Berlin” – “Bayern” matçında qalib müəyyənləşib. “Auqsburq” doğma meydanda “Volfsburq”u bir qol üstələyib. Altı qolluq “Verder” – “Borussiya” (Mönhenqladbax) matçında qonaqlar qələbə qazanıblar. “Leypsiq” də Dortmund “Borussiya”sını məğlub yola salıb.

26-cı turun qalan görüşləri martın 16-da keçiriləcək.

Almaniya, Bundesliqa
26-cı tur
14 mart

Sankt Pauli – Hoffenhaym 1:0
Qol: Vayshaupt, 51.

15 mart

Auqsburq – Volfsburq 1:0
Qol: Tiets, 53.

Maynts – Frayburq 2:2
Qollar: Burkardt, 34. Olsen, 74 – Qreqoriç, 58. Kubler, 79.

Union Berlin – Bayern 1:1
Qollar: Hollerbax, 83 – Sane, 75.

Verder – Borussiya (Mönhenqladbax) 2:4
Qollar: Şmid, 39. Andre Silva, 45+1-pen – Plea, 7; 28; 47. Klayndienst, 81.

Leypsiq – Borussiya (Dortmund) 2:0
Qollar: X.Simons, 18. Openda, 48.

16 mart

18:30. Boxum – Ayntraxt
20:30. Haydenhaym – Holştayn
22:30. Ştutqart – Bayer

Chosen
12
3
arena.az

4Sources