EN

Belqradda etirazçıların sayı 100 mini ötüb

Serbiyanın paytaxtı Belqrad şəhərində hökumət əleyhinə keçirilən kütləvi etiraz aksiyalarındakı iştirakçıların sayı 100 mini ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polisin hesablamalarına görə, Belqradın bütün məntəqələrində ən yüksək həddə çatan bugünkü aksiyalarda 107 000-ə yaxın iştirakçı olub”, - bəyanatda bildirilib.

Qeyd edək ki, Serbiyada 2024-cü ilin noyabr ayından Novi Sadda dəmiryol vağzalında tavanın çökməsi və 15 nəfərin ölümü ilə nəticələnən etirazlar müxtəlif intensivliklə davam edir.

Etirazçılar faciəyə görə ölkə hakimiyyətini günahlandırıblar.

Chosen
10
ikisahil.az

1Sources