EN

Uzun boylu insanların ömrü daha qısa olur - TƏƏCCÜBLÜ ARAŞDIRMA

Alimlər uzun boynun xərçəng, ürək xəstəlikləri, 2-ci tip şəkərli diabet və endometrioz kimi ciddi xəstəliklərin, həmçinin erektil disfunksiya kimi sağlamlıq problemləri riskini əhəmiyyətli dərəcədə artırdığını söyləyirlər.

Sherg.az xəbər verir ki, son araşdırmalar göstərib ki, uzun boylu olmaq sağlamlığa mənfi təsir göstərir. 1992-ci ildə bioloji antropoloq Tomas Samaras Ümumdünya Səhiyyə Təşkilatının bülletenində uzun boylu insanların daha qısa ömür sürdüyünü iddia edən bir araşdırma dərc edib.


Daily Mail-də yer alan xəbərə görə, uzun boynun xərçəng riskini artıra biləcəyinə dair tapıntıları təqdim edən Karolinska İnstitutu, boyda hər 10 sm artımda xərçəng riskinin qadınlarda yüzdə 18, kişilərdə isə yüzdə 11 faiz artdığını müəyyən  edib. Bu vəziyyətin səbəbi uzun boylu insanların xərçəngə çevrilə bilən hüceyrələrinin daha çox olması ilə izah olunub.

Digər tərəfdən, uzun boylu kişilərdə də prostat xərçənginə tutulma riskinin artdığı müşahidə edilmişdir. Oksford Universiteti tərəfindən 2017-ci ildə aparılan bir araşdırma, orta boydan hər 10 santimetr (4 düym) yüksək olan kişilərdə aqressiv prostat xərçənginə tutulma riskinin 21 faiz artdığını göstərib.

Tədqiqatçılar iddia edirlər ki, uşağın boyunu qiymətləndirmək üçün valideynlərin boyuna baxmaq lazımdır. Məsələn, uşağın anası 1,67 m, atası isə 1,78 m-dirsə, uşağın boyu böyük ehtimalla 1,78 m civarında olacaq, lakin bu nəticə cinsinə görə dəyişə bilər. Oğlanların boyu hesablanarkən təxminən 6 sm əlavə edilir, qızların boyu üçün isə eyni dərəcədə azaldılır. Bu hesablama 1969-cu ildə məşhur ingilis antropoloqu və pediatrı professor Ceyms Murilyan Tanner tərəfindən hazırlanmış Tanner şkalası əsasında aparılsa da, genetik faktorlar hər şey deyil. Boyda qidalanma, hormonlar və ətraf mühit kimi faktorlar da mühüm rol oynayır.
Chosen
14
sherg.az

1Sources