EN

"Barselona" Flikin karyerasında sonuncu klub olacaq

Bu mövsümün əvvəlində "Barselona"nın baş məşqçisi təyin olunan Hans-Diter Flik məşqçilik karyerasını tezliklə başa vurmağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.

Alman mütəxəssisin müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir. Mənbənin məlumatına görə, klub prezidenti Joan Laporta və idman direktoru Deku alman mütəxəssislə anlaşmanı ən azı bir mövsüm uzatmağı planlaşdırırlar. Ancaq ailəyə bağlı həyat tərzi keçirən Flik məşqçi skamyasında qocalmaq istəmir. Məşqçinin yaxınları "Barselona"nın onun məşqçilik karyerasında sonuncu klub olacağını təsdiqləyiblər.

Qeyd edək ki, Flikin rəhbərliyi altında "Barselona" bütün turnirlərdə 42 matça çıxıb və 31 qələbə, 5 heç-heçə və 6    məğlubiyyətlik nəticə ilə üç böyük turnirdə titul qazanmaq şansını davam etdirir.

Mirağa

Chosen
11
fanat.az

1Sources