EN

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı artır

ABŞ-də baş verən güclü qasırğa nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “ABC News” kanalı bildirib.

Məlumata görə, milyonlarla amerikalı tornadolar və qasırğalı küləklər təhlükəsi səbəbindən yüksək riskli zonada qalır. 130 km/saata çatan külək və böyük dolu ilə müşayiət olunan tufan ölkənin Qərbi və Cənubunu təhdid edərək şərqə doğru irəliləməkdə davam edir. 28 qurbandan 15-i tornado, qalanları isə qasırğalı küləklər və yanğınlar nəticəsində yaranıb.

Meteoroloqlar qasırğanın güclənəcəyi barədə xəbərdarlıq edib və sakinləri ehtiyatlı olmağa çağırıb.

Chosen
10
7
xezerxeber.az

10Sources