İran Mərkəzi Bankı yeni 200 min tümənlik (2 milyon rial) əsginaslar dövriyyəyə buraxıb.
Bu barədə “Azad İran” məlumat yayıb.
Yeni əsginasın üzərində Azərbaycan mədəni irsinə aid Qarabağ atı üzərində oynanılan çövkən yarışı təsvir olunub.
Qeyd edək ki, 200 min tümənlik əsginasın dəyəri təxminən 2 dollar 20 sentə bərabərdir.
Mənbə: globalinfo.az