EN

Gədəbəydə dağlıq ərazidə yanğın söndürülüb -VİDEO

Yazını böyüt
Yazını kiçilt

Gədəbəy rayonunun Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə ilə bağlı "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun daha geniş sahəyə yayılmasının qarşısı alınıb və yanğın tam söndürülüb.

Yanğın nəticəsində 5 hektar sahədə əsasən quru ot, kol-kos və xəzəl yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.

Chosen
20
40
hafta.az

10Sources