EN

ABŞ-də qasırğa nəticəsində ölənlərin sayı ARTDI 

Yazını böyüt
Yazını kiçilt

ABŞ-də güclü qasırğa nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

Hafta.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Məlumata görə, fırtına və tornado Arkanzas, İllinoys, İndiana, Kentukki, Missisipi, Missuri və Texas ştatlarını vurub. Ölümlərin 15-nin birbaşa tornado ilə bağlı olduğu bildirilir.

Hava şəraiti ümumilikdə 138 milyon insanın həyatına təhlükə yaradır. Küləyin sürəti saatda 80 milə (təxminən 130 km/saat) çatır.

Bundan əlavə, Kanzas, Texas və Oklahoma ştatlarında güclü küləklər toz fırtınalarına səbəb olub və azı 10 nəfərin həyatına son qoyub. Qasırğanın şərqə doğru hərəkət etdiyi qeyd olunur.

Chosen
8
4
hafta.az

5Sources