EN

Husilərdən Trampa cavab: Hücumlar cavabsız qalmayacaq

Bakı, TurkicWorld

ABŞ-ın Yəmənə etdiyi hücumlar cavabsız qalmayacaq.

TurkicWorld AzerVoice -a iistinadən xəbər verir ki, bu sözlər Yəməndəki Husilərin verdiyi açıqlamada yer alıb.

"Bu hücumlar Yəməni Fələstin və Qəzzəyə verdiyi dəstəkdən yayındıra bilməyəcək. Hücumlar cavabsız qalmayacaq. Yəməndəki silahlı qüvvələrimiz hər cür qarşılıq verməyə hazırdır",- deyə açıqlamada bildirilib.

Açıqlamada, Yəməndəki mülki əhaliyə qarşı edilən hücumların ABŞ-ın dövlət terrorizmi siyasətinin yeni bir sübutu olduğu vurğulanıb.

"Amerika və İngiltərənin etdiyi hücumlar, ABŞ-ın Sionist İsrail adına müharibə apardığını və bu siyasətini davam etdirdiyini sübut edir", deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, Tramp dünən Truth Social platformasında verdiyi açıqlamada, Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi.

Bununla yanaşı, Tramp, İranın husilərə verdiyi dəstəyi dayandırmasını tələb etmişdi.

"Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını təhdid etməyin. Əgər bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və sizə qarşı heç də yumşaq davranmayacaq",- deyə Tramp qeyd edib.

Həmçinin xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.

Chosen
68
35
turkic.world

10Sources