EN

Tuncay Şanlı millimizin üzvünə bir hissə şans verdi

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Çorum” komandasının heyətində Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Msport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin klubu XXX turda “Keçiörengücü”nü qəbul edib.

Görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb – 3:2. İlk yarını 1:2 hesabı ilə başa vuran “Çorum” fasilədən sonra əvvəlcə bərabərliyi təmin edib, daha sonra 75-ci dəqiqədən azlıqda qalmasına baxmayaraq, 90+6-cı dəqiqədə qələbə topunu vurub.

Baş məşqçi Tuncay Şanlı Diniyevi start heyətində meydana buraxıb və 46-cı dəqiqədə əvəzləyib.

Bu qələbə sayəsində “Çorum” xalını 45-ə çatdıraraq, 7-ci pilləyə yüksəlib. “Keçiörengücü” isə 42 xalla 12-cidir.

Chosen
34
msport.az

1Sources